حسین او:
Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Müqavimət Alimlərinin Ümumdünya Birliyinin sədri Şeyx Mahir Həmud “Əl-Əqsa tufanı”nın üçüncü ildönümü münasibətilə özünün Sidondakı ofisində keçirilən “Sabitlik və sədaqət” adlı toplantıda çıxış edərək bildirib: Bir daha vurğulayırıq ki, istər sionist, istərsə də qeyri-sionist olsun, bütün yəhudilər öz dövlətlərinin süqutunun qaçılmaz olduğuna inanır və bunun üçün səksən illik müddət müəyyənləşdiriblər. Bu məqam dövlətin qurucusu Ben-Quriondan tutmuş Ehud Barakadək müxtəlif şəxslərin yazılarında öz əksini tapıb.
O əlavə edib: Yəhudilərin rəvayətlərinə inanırıq, çünki orada dəqiq məlumatlar yer alır. Məsələn, onların kitablarında qeyd olunur ki, Livana daxil olan ordu Bəqanın ortasında yerləşən Sultan Yaqub kəndində dayanacaq. Bu, insanların adını belə çətinliklə xatırladığı kiçik bir kənddir. 1982-ci ildə də məhz belə bir hadisə baş verdi. Buna görə də, inşallah, yəhudilərin bu barədəki rəvayətləri doğru çıxacaq və bu, Qurani-Kərimdə və Peyğəmbərin (s) hədislərində bildirilənlərə olan əminliyimizi daha da artıracaq.
Müqavimət Alimləri Birliyinin sədri sözlərini davam etdirərək bildirib ki, müqaviməti Cənubi Livanın dağıdılmasına görə məsuliyyət daşımaqda ittiham edən və bunu daim təkrarlayan media qurumlarını qınamaq zəruridir. Bu qurumlar müqaviməti Qəzzanın dağıdılmasına görə də məsul hesab edirlər. Halbuki onların bu mövqeyi sionistlərin insanlıq əleyhinə cinayətlərinə, dağıntılara və soyqırımına haqq qazandırmaq cəhdi təsiri bağışlayır.
Şeyx Həmud daha sonra deyib: Livanlı olmağa mənsubiyyət xüsusiyyətləri heç kimin inhisarında olmamalıdır. Onlar iddia edirlər ki, Qəzzaya dəstək vermək Livana mənsubiyyətlə ziddiyyət təşkil edir. Halbuki bu iddia ən sadə insani və Livan prinsiplərinə belə ziddir.
O, həmçinin konstitusiyanın qəbul edilməsinin yüzilliyini qeyd edən, lakin sionizmi pisləyən Mişel Şiha yazılarını unudan şəxsləri tənqid edib. Şiha vurğulamışdı ki, Fələstində sionistlərin dövləti qurularsa, Livanın da mövcudluğunu qoruyub saxlaması mümkün olmayacaq. Çünki sionist dövləti irqçilik əsasında qurulub, Livan isə yalnız müxtəlif məzhəblər arasında razılaşma yolu ilə sabitliyə nail ola bilər.
Toplantıda çıxış edən digər natiqlər də vurğulayıblar ki, 7 oktyabr hadisəsi dünya miqyasında bir çox məqsədə nail olunmasına səbəb olub. Bunların ən mühümü dünyanın bir çox xalqının Fələstin məsələsinin əhəmiyyəti və sionist düşmənin törətdiyi cinayətlər barədə məlumatlanmasıdır. Bu hadisə Netanyahunun hüquqi və insani baxımdan təqib olunmasına gətirib çıxarıb, sionistlərlə əlbir olan rejimlərin planlarını üzə çıxarıb, münasibətlərin normallaşdırılması planlarını puça çıxarıb və həmin rejimləri xalqların, xüsusilə də “İbrahim dini” adlandırılan anlayış ətrafında səslənən ittihamlar qarşısında müdafiəsiz qoyub.
Sonda vurğulanıb ki, müharibələrdə qələbə vurulan ziyanın miqyası ilə deyil, qarşıya qoyulmuş məqsədlərə nail olmaq və döyüşün bir mərhələsini başa çatdırmaqla ölçülür.
Rəyiniz